Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.05.2016

Sumqayıtda “İslamda valideyn və övlad” mövzusunda tədbir keçirilib

Mayın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə  Sumqayıt  şəhərində Kotec qəsəbə məscidi  dini  icmasının “İslamda valideyn və övlad”  münasibətləri adlı  layihəsi  çərçivəsində növbəti tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan icma sədri Mirfəyyaz Fəttayev ilk öncə keçirilən tədbirlər barədə qısa məlumat verib. O qeyd edib ki, dini icmaların maarifləndirici layihələrinin dövlət səviyyəsində  dəstəklənməsi, dini milli-mənəvi  dəyərlərimizin daha  dərindən öyrənilməsi, eləcə də təbliği  sahəsində  böyük əhəmiyyət  kəsb edir.  İcma  sədri  dəyərlər  sistemimizin vacib hissəsi  olan ailə  dəyərinin mövcud  problemlərindən bəhs  edib,  bu problemləri  yaradan səbəblər, onların həlli yolları   barədə  fikirlərini  bölüşüb.
Tədbirdə iştirak edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə  şöbəsinin əməkdaşı  Ülvi Məmmədov çıxış edərək qloballaşma  prosesi fonunda  insan və cəmiyyət – dəyər münasibətləri,  bu  münasibətlərdə təzahür  edən sosio – psixoloji  məqamlar barədə nəzəri məlumatlar  verib.  Ailə dəyərinin  cəmiyyət  və dövlət  üçün cövhər  olduğunu  qeyd edən  natiq  bu institutun  hərtərəfli öyrənilməsi,  təbliğ edilməsi,  mövcud  problemlərin vaxtında  üzə  çıxarılması və  həll  edilməsi üçün  ciddi sosial araşdırmaların aparılmasının, kompleks tədbirlərin həyata  keçirilməsinin  vacibliyindən danışıb.
Tədbirin sonunda  iştirakçıları maraqlandıran suallar  cavablandırılıb.