Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.05.2016

Sumqayıtda “İslamda valideyn-övlad münasibətləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə mayın 25-də Sumqayıt şəhər "Kotec" qəsəbə məscidi dini icmasının həyata keçirdiyi “İslamda valideyn-övlad münasibətləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Yalçın Abdullayev, dini icmanın sədri Mirfəyaz Fəttayev, dini icmanın üzvləri, din xadimləri və ağsaqqallar  iştirak ediblər. Tədbiri giriş sözü ilə açan icma sədri İslamın intihara münasibəti haqqında danışaraq bildirib ki, İslam birmənalı olaraq intihara qarşıdır.M.Fəttayev qeyd edib ki, intihar hallarının artmasına səbəb insanlarda meydana gələn mənəvi boşluqlar və ailə daxili münaqişələrdir. O, çıxışının sonunda Qurani Kərimin  intiharı qadağan edən ayələrindən nümunələr gətirib.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Y.Abdullayev qeyd edib ki, son zamanlar uşaqlar arasında da intihar hallarının sayının artmasına səbəb valideyn-övlad münasibətlərinin pozulması və ailə-məişət zəminində yaranan problemlərdir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.