Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.01.2017

Sumqayıtda “İslamda birgəyaşayış ənənəsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Yanvarın 17-də Sumqayıt şəhəri Corat qəsəbə məscidi dini icması tərəfindən “İslam dini vəhdət və qardaşlıq dinidir” layihəsi  çərçivəsində “İslamda birgəyaşayış ənənəsi” mövzusunda  maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Ülkər Mövsümlü və Ülvi Məmmədov, Corat qəsəbə məscidi dini icmasının sədri  Sahib Məmmədov, qadınlar və məktəblilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Sahib Məmmədov layihə çərçivəsində həyata keçiriləcək maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamı dövlətin dinə  olan qayğısından irəli  gəlir. 
Sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov tarixən xalqımıza  xas olan tolerantlıq, ayrı-ayrı  milli və dini  konfessiyaların dözümlülük şəraitində  birgəyaşayış ənənələrindən bəhs edib. Bildirib ki, bu ənənələrin qorunması və  gələcək nəsillərə  ötürülməsi ümdə  vəzifələrimizdən olmalıdır.
DQİDK-nın Sumqayıt  bölgəsi üzrə  şöbəsinin baş  məsləhətçisi  Ülkər  Mövsümlü İslam dininin vəhdət, birlik, humanizm, yüksək əxlaq kimi  çağırışlarının cəmiyyətə  ötürülməsində qadınların rolundan danışıb 
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.