18.12.2015
Sumqayıtda “Heydər Əliyev siyasəti: Tolerantlıq” kitabının təqdimatı keçirilib
Dekabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Heydər Əliyev siyasəti: Tolerantlıq” kitabının təqdimatı keçirilib.Təqdimat mərasimində DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov, Komitənin Dinşunaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt bölgəsi üzrə qazısı Rauf Sərdarov, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin Həmkarlar İttifaqının sədri Xatirə Nəcəfquliyeva, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov ölkəmizdə multikulturalizm ənənələri və bu istiqamətdə yürüdülən dövlət siyasəti, tarixən formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov çıxış edərək “Heydər Əliyev siyasəti: Tolerantlıq” kitabının məzmunu və mahiyyəti barədə məlumat verib. Nahid Məmmədov xüsusilə Ulu Öndər Heydər Əliyevin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyətin bəhrəsini hər bir vətəndaşımızın gündəlik həyatında hiss etdiyini, bu kursu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin dini dəyərlərin qorunub saxlanması və təbliği istiqamətində yürütdüyü məqsədyönlü siyasət nəticəsində hazırda Azərbaycanda mövcud tolerantlıq mühitinin bütün dünyaya örnək göstərildiyini qeyd edib.
Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin Həmkarlar İttifaqının sədri Xatirə Nəcəfquliyeva belə bir tədbirin kollecdə təşkilinə görə öz minnətdarlığını bildirib.
Sonda kollecin tələbələrinə Dövlət Komitəsi tərəfindən nəşr olunmuş kitablar təqdim edilib.