21.02.2017
Sumqayıtda “Dini radikalizmə qarşı mübarizədə təhsilin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib
Fevralın 21-də Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə “Dini radikalizmə qarşı mübarizədə təhsilin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev, məktəbin direktoru Niyaz Süleymanov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan N.Süleymanov son zamanlar aparılan maarifləndirmə işlərinin nəticəsi olaraq radikal meyillərin təsirinə düşənlərin sayında azalma müşahidə edildiyini qeyd edərək, bu cür tədbirlərin əhəmiyyətindən danışıb. O bildirib ki, zərərli cərəyanların təsirinə düşməməkdən ötrü yüksək təhsilə yiyələnmək lazımdır.

Y. Abdullayev isə öz çıxışında qeyd edib ki, təkcə İslamda deyil, digər dinlərdə də radikal meyillər vardır. “Dini radikalizmə qarşı mübarizə ümumbəşəri məsələdir”-deyə o qeyd edib. Zərərli dini cərəyanlar haqqında məlumat verən Y. Abdullayev onların təbliğat metodologiyasından və psixoloji təsir vasitələrindən də bəhs edib.
Tədbirin sonunda “Fitnə” sənədli filmi nümayiş etdirilib.