Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.11.2016

Sumqayıtda “Dini radikalizm və terror” mövzusunda tədbir keçirilib

Noyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər İdarəsinin birgə  təşkilatçılığı ilə Sumqayıtda “Dini radikalizm və terror” mövzusunda növbəti tədbir  keçirilib.
Tədbirdə Sumqayıt  Şəhər  İcra Hakimiyyətinin əməkdaşı  Fərman Kazımov,  DTX-nın Sumqayıt şəhər İdarəsinin şöbə müdiri Natiq Səmədov, əməkdaşı Orxan Nəsimiyev, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini  Yalçın Abdullayev və  şəhərdə  fəaliyyət  göstərən orta  məktəblərin müəllimləri  iştirak  ediblər.
Tədbiri giriş sözü ilə açan Sumqayıt  Şəhər  İcra Hakimiyyətinin əməkdaşı  Fərman Kazımov müstəqilliyimizin ilkin dövrlərində ölkəmizə ayaq açan humanitar təşkilatların fəaliyyətləri, onların apardığı dini təbliğatın nəticəsində  formalaşan zərərli dini ideologiya daşıyıcısı olan şəxslərin özlərinə sosial baza yaratmaq cəhdləri və nəticədə dövlət-din münasibətlərinə verdiyi zərərlər haqqında danışıb, dünyada dini və milli zəmində baş verən münaqişələr, ölkəmizə qarşı olan dini təhdidlər barədə fikirlərini bildirib.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini  Yalçın Abdullayev Sumqayıt şəhərində fəaliyyət göstərən zərərli dini cərəyanların fəaliyyəti, onların fəaliyyət metodologiyası haqqında məlumat verərək bildirib ki, aparılan maarrifləndirmə işlərinin nəticələri artıq müşahidə edilməkdədir. O, dini radikalizmi yaradan səbəblər və onlara qarşı mübarizə tədbirlərindən bəhs edib.
Daha sonra çıxış edən DTX-nın Sumqayıt şəhər İdarəsinin şöbə müdiri Natiq Səmədov hazırda dünyada mövcud olan terror təşkilatlarının fəaliyyətəri barədə məlumat verərək bildirib ki, zərərli dini cərəyanlara qoşulan şəxslərin psixoloji vəziyyəti nəzərə alınmalıdır. Transmilli və daxili terror əməliyyatlarında iştirak edən şəxslərin ölkəyə qayıtdıqdan sonra ictimai asayişi pozma cəhdi ehtimalı böyükdür. Müvafiq qanun qəbul edildikdən sonra artıq bu cür halların qarşısı layiqincə alınmaqdadır.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.