Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.10.2016

Sumqayıtda “Dini radikalizm və terror” mövzusunda tədbir keçirilib

Oktyabrın 25-də DQİDK-nın Sumqayıt  bölgəsi üzrə  şöbəsi və Dövlət  Təhlükəsizliyi Xidmətinin Sumqayıt şöbəsinin birgə təşkilatçılığı ilə Sumqayıt  şəhərində  yerləşən “Tarix” muzeyində “Dini radikalizm və terror” mövzusunda tədbir  keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, DTX-nın Sumqayıt şəhər İdarəsinin şöbə rəisi Fariz Hüseynov, idarənin əməkdaşı Elçin İsgəndərov, DQİDK-nın aparıcı məsləhətçisi Ülvi  Məmmədov  və  şəhərdə  fəaliyyət  göstərən orta  məktəblərin təlim-tərbiyə  işləri  üzrə  direktor  müavinləri  iştirak  ediblər.
Tədbiri  giriş  sözü  ilə  açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov dövlət-din  münasibətləri, bu sahədə  görülən işlər  barədə  iştirakçıları  məlumatlandırıb.  O qeyd edib ki, bu gün Yaxın və  Orta Şərq  regionunda  dini zəmində baş verən qarşıdurmalar müsəlman ölkəsi  olaraq  bizi də narahat  edir. Məhz  buna  görə də dini  radikalizm,  onun mahiyyəti  və fəsadları  barədə  geniş  informasiyaya sahib olmaq, gənclərimizi  belə  qorxulu  təsirlərdən qorumaq məqsədi ilə  maarifləndirmə  işini  genişləndirmək  zərurəti  yaranır.
Sonra  çıxış  edən DQİDK-nın əməkdaşı  Ülvi Məmmədov ölkəyə  kənardan daxil olan qeyri-ənənəvi,  zərərli dini cərəyanlar, onların mahiyyəti barədə tədbir  iştirakçılarına  geniş  məlumat  verib.  O  bildirib ki, DQİDK ayrı-ayrı  icra  strukturları,  eləcə  də  hüquq-mühafizə orqanları ilə birgə dini radikalizmə  qarşı ideoloji və hüquqi  müstəvidə  effektiv  mübarizə  aparır,  dini  təəssübkeşliyin dini  təkəbbür  halı almasının qarşısı  uğurla  alınır.
DTX-nın Sumqayıt şəhər İdarəsinin şöbə rəisi Fariz Hüseynov  və  idarə  əməkdaşı Elçin İsgəndərov da   çıxış  edərək beynəlxalq  terrorizmin bir  qolu  olan dini radikalizm və ekstremizmə  qarşı  mübarizənin hüquqi tərəflərini geniş şərh ediblər.
Tədbirin sonunda iştirakçıların sualları  cavablandırılıb.