Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.11.2016

Sumqayıtda “Dini radikalizm – dini təəssübkeşlikdən dini təkkəbbürə” mövzusunda dəyirmi masa təşkil olunub

Noyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü  ilə SOCAR-ın Təlim, Tədris  və Sertifikatlaşdırma  İdarəsinin struktur bölməsi olan Sumqayıt Təlim, Tədris mərkəzində “Dini radikalizm – dini təəssübkeşlikdən  dini təkkəbbürə”  mövzusunda dəyirmi  masa təşkil olunub.
Tədbirdə DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, SOCAR-ın Təlim, Tədris  və  Sertifikatlaşdırma  İdarəsinin rəisi Fuad Süleymanov, Sumqayıt  Təlim, Tədris  mərkəzinin  müdiri Anar Xasməmmədov, DQİDK-nın Sumqayıt  bölgəsi üzrə  şöbəsinin  müdiri Şirin Cəfərov, şöbənin əməkdaşları Yalçın Abdullayev, Ülvi Məmmədov, mərkəzin pedaqoji  heyəti  və tələbələr  iştirak ediblər.
Tədbiri giriş  sözü  ilə  açan TTSİ-nin rəisi Fuad  Süleymanov bu mövzularda maarifləndirici  tədbirlərin, seminarların keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki,  gənclərə  zərərli  dini  cərəyanların mahiyyətini, fəsadlarını izah etmək,  onları yad  dini  düşüncələrin təsirindən qorumaq  üçün  belə  görüşlərə çox  böyük ehtiyac  var.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid  Məmmədov və Komitənin  Sumqayıt  bölgəsi üzrə  şöbəsinin əməkdaşı Ülvi Məmmədov müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərimizə qayıdış prosesinin özünəməxsusluğundan, Azərbaycan xalqının sahib olduğu multikultural dəyərlərdən, zərərli dini cərəyanların təbliğat metodları və onlara qarşı həyata keçirilən tədbirlərdən danışıblar.
Sonda  iştirakçıları maraqlandıran suallar cavablandırılıb.