Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.11.2016

Sumqayıtda dini mağazalarda reyd keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları noyabrın 18-də Sumqayıt şəhəri ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın və əşyaların satışı ilə məşğul olan mağazalarda reyd keçirib. Keçirilən reyd nəticəsində şəhər sakinlərinə məxsus olan 9 mağazadan satışına razılıq verilməmiş və markalanmamış dini təyinatlı 328 ədəd ədəbiyyat və 315 ədəd DVD aşkar edilərək götürülüb. Həmin mağazaların lisenziya olmadan fəaliyyət göstərdikləri də müəyyən edilib.
Faktlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsi ilə protokollar tərtib olunub.