31.05.2017
Sumqayıtda din xadimlərinin iştirakı ilə tədbir keçirilib
Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin dəstəyi ilə dini cima sədrləri və din xadimlərinin iştirakı ilə “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.
Sumqayıt şəhəri Tarix muzeyində keçirilən tədbiri giriş sözü ilə açan DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov bildirib ki, dövlət başçısının Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə “İnsan hüquqları aylığı” kimi qeyd olunur. Ş Cəfərov, eyni zamanda bölgədəki dini durum və bu sahədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Fərman Kazımov ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təminatı, bu sahədə görülən işlər və aparılan islahatlardan danışıb.
Qafqaz Müsəlmanları İdarəsinin şimal bölgəsi üzrə qazısı, Sumqayıt “Cümə” məscidinin axundu Rauf Sərdarov çıxışında İslamda insan hüquqları barədə bəhs edib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, Ceyranbatan qəsəbəsi “Hüseyniyyə” məscidinin axundu Kazım Əyyubov, Sumqayıt şəhəri Kotec qəsəbəsi “İmam Sadiq” məscidi dini icmasının sədri Mirkazım Fəttayev, Sumqayıt stansiyası yaşayış massivi “Vəhdət” dini icmasının sədri Eldar Ömərov, Corat qəsəbə məscdinin axundu Sahib Məmmədov və başqaları mövzu ilə bağlı çıxış ediblər.
(177).jpg)
(80).jpg)
(164).jpg)