Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.11.2016

Sumqayıt və Xırdalan şəhərlərində "Fitnə" filmi nümayiş etdirilib

Noyabrın 23-də Sumqayıt şəhərində yerləşən 12  nömrəli  tam orta  məktəbdə DQİDK-nın təşəbbüsü  ilə  çəkilən “Fitnə” sənədli  filmi nümayiş  etdirilib.
Tədbirdə məktəbin direktoru Mətanət Abdullayeva, DQİDK-nin Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı  məsləhətçisi Ülvi Məmmədov,  məktəbin müəllimləri və  şagirdlər  iştirak ediblər.
Giriş  sözü  ilə  çıxış edən direktor  Mətanət Abdullayeva gəncləri zərərli dini cərəyanlardan uzaq olmağa çağırıb. Qeyd edib ki, nümayiş  etdirilən  “Fitnə” filmi izləyicilərə dini radikalizm və onun mahiyyəti barədə ətraflı məlumat almaq imkanı verir.
Daha sonra  çıxış edən DQİDK-nin Sumqayıt  bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Ülvi  Məmmədov “Fitnə” filmi haqqında qısa məlumat verib, şagird və müəllim heyətinə zərərli dini cərəyanlar, onların fəaliyyət  istiqamətləri və cəmiyyət  üçün təhlükələrindən danışıb. 
Sonda   iştirakçılara “Fitnə” filmi  nümayiş  etdirilib, film haqqında müzakirələr  aparılıb.
***
Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Abşeron rayonu Xırdalan şəhəri 1 saylı tam orta məktəbdə “Fitnə” sənədli filminin nümayişi olub. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları,  məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin təlim-tərbiyə məsələləri üzrə direktor müavini Famil müəllim gənclərin zərərli dini qruplardan qorunmasında təhsilin vacibliyini vurğulayıb. O, qeyd edib ki, belə maarifləndirici tədbirlərin tez-tez keçirilməsi şagirdlərdə məntiqi təfəkkürün və sağlam iradənin formalaşmasına müsbət təsir edir.
Daha sonra çıxış edən DQİDK-nin Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Orxan Axundov film haqqında danışıb. 2016-cı ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Multikulturalizm İli” elan edildiyini vurğulayan O.Axundov bu sahədə görülən tədbirlər haqqında şagird və müəllimləri məlumatlandırıb. Ümummimilli Lider Heydər Əliyevin təməlini qoyduğu dövlət-din münasibətlərində tolerant mühitin önəmindən danışan əməkdaş məktəb müdiriyyətinə göstərdikləri köməyə görə təşəkkürünü bildirib. 
Sonda film ətrafında müəllim və şagirdlərin iştirakı ilə geniş müzakirə aparılıb.