Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.04.2016

Sumqayıt və Samuxda maarifləndirmə tədbirləri keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.
Aprelin 6-da  Sumqayıt  şəhəri  Kotec  qəsəbəsi “ İmam Sadiq” məcdidi  dini  icmasının  “ İslamda  ailənin rolu” layihəsi çərçivəsində növbəti tədbir  keçirilib.   Tədbirin əvvəlində  Dövlət  himni  səsləndirilib və  şəhidlərimizin ruhuna dualar  oxunub.
Tədbiri giriş sözü  ilə  açan  dini icmanın sədri Mirfəyyaz  Fəttayev çıxışında  İslamda  ailənin rolu , erkən nikahlar  və  onun fəsadları barədə  ətraflı söhbət  açıb. O  qeyd  edib ki, belə  nikahlar müxtəlif  aspektlərdən olduqca zərərlidir və cəmiyyətin  bu  məsələ  ilə  bağlı ciddi şəkildə maarifləndirilməsinə  ehtiyac var.
Tədbirdə  çıxış  edən DQİDK-nın Sumqayıt  bölgəsi üzrə  şöbəsinin əməkdaşı  Ülvi Məmmədov mövzunun  olduqca  aktual  olduğunu bildirib.  Milli-mənəvi dəyərlərimizin  vacib  hissəsi kimi   ailə  institumuzun öyrənilməsi, onun qorunub saxlanılmasının  vacibliyindən bəhs  edən natiq,  erkən nikahlar  və  onun zərərlərini  sosial-psixoloji baxımdan izah  edib.  O, eyni zamanda dünyada və ölkəmizdə erkən nikahlarla  bağlı  statistik məlumatları  tədbir  iştirakçılarının diqqətinə çatdırıb.
* * *
Aprelin 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə digər maarifləndirici tədbir Samux rayon Samux şəhər müsəlmanları  dini icmasının həyata keçirdiyi “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizdən istifadə ” layihəsi çərçivəsində  “Radikalizmə yox deyək” mövzusunda keçirilib.
 Samux rayon Sərkar kənd İcra nümayəndəliyində təşkil edilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif  Əliyev, şöbənin məsləhətçisi Rövşən Hacıyev, dini icmanın sədri İlham Məmmədov, Samux rayon İH-nin İctimai siyasi və humanitar məsələlər şöbəsinin  müdir müavini - dini qurumlarla  işin təşkilatçısı Elnaz Cəfərova, Samux rayon İH-nin əməkdaşı Azər Əhmədov iştirak ediblər.
 Tədbiri giriş sözü ilə açan Samux rayon İH-nin İctimai siyasi və humanitar məsələlər şöbəsinin  müdir müavini - dini qurumlarla  işin təşkilatçısı Elnaz Cəfərova, Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda Samux rayonunda dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. Elnaz Cəfərova bildirib ki, layihə çərçivəsində  sağlam dini biliklərə söykənən silsilə maarifləndirmə tədbirləri həyata keçiriləcək. Tədbirdə  ekspert kimi çıxış edən DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
 Tədbirdə çıxış edən Samux rayon Samux şəhər müsəlmanları  dini icmasının sədri İlham Məmmədov dini maarifləndirmə sahəsində görülən işlərin müsbət nəticələrini   xüsusi qeyd edib.
 Tədbirdə şəhidlərimizin ruhu üçün dualar oxunub, xatirələri hörmətlə yad edilib.