Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.03.2015

Sumqayıt şəhər Polis İdarəsində görüş keçirilib

Martın 13-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Sumqayıt şəhəri Polis İdarəsinin rəhbərliyi və şəxsi heyəti ilə görüşmüşdür.
Sədr müavini ölkədəki, o cümlədən Sumqayıt şəhərindəki dini durum, dini sahə üzrə cərəyan edən proseslər, tendensiyalar, bəzi xarici qüvvələr, dairələr tərəfindən İslam dininin siyasiləşdirilməsi və ondan siyasi, iqtisadi və s. məqsədlər üçün istifadə halları, bəzi gənclərin aldadılaraq neqativ təsirlərə məruz qalmaları və bu hallara qarşı birgə mübarizə taktikası və metodologiyası barədə fikirlərini bölüşüb.
Eyni zamanda son dövrlərdə Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən radikal təsirlərə məruz qalmış və İslam libasına bürünərək bir sıra ağır cinayətlər törətmiş şəxslərin aşkarlanması və ifşa olunması üzrə keçirilən tədbirlər yüksək qiymətləndirilmiş, bu istiqamətdə birgə tədbirlərin keçirilməsi, daimi məlumat mübadiləsinin təşkili, qarşılıqlı əlaqələrin gücləndirilməsi ilə bağlı razılıq əldə olunmuşdur.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılmışdır.