Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.06.2016

Sumqayıt Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib

Sumqayıt Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhəri  Nəriman Nərimanov adına  Mədəniyyət evində DQİDK-nın sifarişi əsasında hazırlanmış “Fitnə” bədii sənədli filminin nümayişi  olub. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Şəhər İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və  humanitar məsələlər  şöbəsinin müdir  müavini-dini qurumlarla işin təşkilatçısı  Fərman Kazımov,DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri  Şirin  Cəfərov,  müəllimlər, din xadimləri və gənclər iştirak ediblər.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçının müavini Teymur Səmədov çıxış edərək bildirib ki, maarifləndirici xarakter daşıyan filmdə radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərindən bəhs edilir. Natiq bildirib  ki, bir  çox müsəlman ölkələrində dini radikalizm  zəminində  baş  verən müharibələr narahatlıq doğurur. Ona  görə də “Fitnə” filmi olduqca  təqdirəlayiqdir. Digər çıxışçılar da filmin əhəmiyyətindən danışıblar.
Daha sonra filmə baxış keçirilib və film ətrafında müzakirələr aparılıb.