31.10.2017
Sumqayıt məktəblilərinə "Şəhadət" filmi nümayiş olunub
Oktyabrın 31-də Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Yalçın Abdullayev, məktəbin direktoru Nizami Əhmədov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Məktəbin direktoru N.Əhmədov bildirib ki, gənclərimiz təhsil almaqla yanaşı, yüksək mənəvi dəyərlərə malik olmalı və bu dəyərləri qoruyub saxlamalıdırlar. Qeyd edib ki, gənclərimizin milli-mənəvi ruhda tərbiyə olunmasında bu kimi maarifləndirmə tədbirlərinin rolu danılmazdır.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Y.Abdullayev tədbir iştirakçılarına ölkəmizdə fəaliyyət göstərməyə cəhd edən zərərli dini meyillər haqqında qısa məlumat verib. Bildirib ki, radikal dini düşüncə tərzinə sahib olan, ölkəmizdə xarici dairələrin nümayəndələri kimi fəaliyyət göstərməyə cəhd göstərən dini qurupların fəaliyyəti inzibati yollarla yanaşı, aparılan maarifləndirmə vasitəsilə alınır.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub.
.jpg)

.jpg)