Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.08.2017

Sülh və dözümlülüyün təbliği maarifçilik işinin tərkib hissəsidir

Avqustun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Hacıqabul rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabul rayonu 10 saylı orta məktəbdə “Sülh aylığı” ilə bağlı tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Mürşüd Rzayev, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Natiq Mustafayev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Mürşüd Rzayev  qeyd edib ki, həyata keçirilən bu tədbirlərin hər biri məktəb şagirdləri arasında maarifləndirmə işinin aparılmasına xidmət etməklə yanaşı, məktəblilərin öz hüquqlarını və vəzifələrini daha dərindən öyrənmələrinə səbəb olur. Həmçinin DQİDK-nın yerli icra hakimiyyətləri ilə birgə həyata keçirdiyi tədbirlərdən və gördüyü işlərdən bəhs edərək bunun təqdirəlayiq olduğunu bildirib.
Daha sonra Hacıqabul RİH başçısı Aparatının nümayəndəsi Natiq Mustafayev mövzu ilə əlaqədar geniş məruzə edərək Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən sülh və dözümlülüyün, eləcə də milli–mənəvi dəyərlərin təbliğinin prioritet məsələ kimi təsbit olunduğunu vurğulayıb. O, 21 sentyabr “Beynəlxalq sülh günü” haqqında geniş məlumat verib və bildirib ki, ölkəmizdə  sülh və əmin-amanlığın yaradılmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və  hazırda bu siyasət Prezident cənab İlham Əliyev uğurla davam etdirilir.  
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.