Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.09.2017

“Sülh aylığı” çərçivəsində tədbirlər davam etdirilir

Sentyabrın 20-də Xətai Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev, Samir Yoldaşov, “Əhmədli qəsəbə məscidi” dini icmasının sədri və axundu Murad Cəfərov, dindarlar, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov respublikamızdakı bütün dinlərin nümayəndələrinin əsrlər boyu bir ailə kimi yaşadığını, ölkəmizdə mövcud olan tolerantlıq mühitinin digər ölkələr üçün də nümunə olduğunu qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev və Samir Yoldaşov çıxışlarında 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin mühüm tarixi əhəmiyyət daşıdığını, müsəlman dünyasında İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılması, həmrəyliyə nail olunması məqsədi daşıyan  təşəbbüs olduğunu qeyd ediblər.
Tədbirdə mövzu ilə bağlı iştirakçıların çıxışları dinlənilib.