11.09.2017
Sülh aylığı çərçivəsində növbəti tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatıçılığı ilə sentyabrın 11-də Sumqayıt şəhəri “Cümə” məscidində “Sülh aylığı” çərçivəsində “Hərb və sülh” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Yalçın Abdullayev və Ülvi Məmmədov, “Cümə” məscidinin axundu Rauf Sərdarov, Corat qəsəbə məscidi dini icmasının sədri Sahib Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Y.Abdullayev bildirib ki, müasir dövrdə dünyanın bir çox yerlərində baş verən müharibələr, qarşıdurmalar və onların səbəb olduğu insan tələfatı dinindən, milliyyətindən asılı olmayaraq hər kəsi narahat etməlidir.
Sumqayıt şəhəri “Cümə” məscidinin axundu R.Sərdarov dünyada sülhün və əmin-amanlığın qorunması üçün dünyanın bir çox xalqlarının, eləcə də Azərbaycan xalqının sahib olduğu multikulturalizm və tolerantlıq ənənələrinin öyrənilməsi və təbliğ edilməsinin əhəmiyyətindən danışıb.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ü.Məmmədov insanların dini inanclarının bu gün bir çox siyasi mərkəzlər tərəfindən manipulyasiya edilərək yeni münaqişə ocaqlarının yaradıldığını qeyd edib. Vurğulayıb ki, ayrı-ayrı dinlərin siyasi alət kimi istifadə edilməsi bəşəriyyətin nihilizmə sürüklənməsinə və daha dəhşətli müharibələrin, qarşıdurmaların baş verməsinə səbəb ola bilər.
Tədbirdə iştirak edən din xadimləri İslam dinində sülh və humanizm prinsiplərindən söhbət açıblar.
Tədbirdə iştirak edən din xadimləri İslam dinində sülh və humanizm prinsiplərindən söhbət açıblar.