Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.09.2017

“Sülh aylığı” çərçivəsində növbəti tədbir keçirilib

Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lerik şəhər “Cümə” məscidində “Sülh aylığı” çərçivəsində "İslam sülh dinidir" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, Lerik şəhər “Cümə” məscidinin din xadimi Rahib Nuriyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı A. Həsənov “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı”nın mahiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. O, Milli Fəaliyyət Proqramına əsasən, sülh və dözümlülük və milli-mənəvi dəyərlərin təbliğinin  prioritet məsələ olduğunu bildirib.
 Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev İslam dininin sülh, həmrəylik, xeyirxahlıq və barışıq dini olduğunu, demokratik və tolerant dəyərləri özündə ehtiva etdiyini qeyd edib.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.