“Sülh aylığı” çərçivəsində İmişlidə tədbir keçirilib
Sentyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçlığı ilə İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Sülh aylığı” çərçivəsində “Azərbaycanda vicdan və dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şöbə müdiri Arzu Baxşalıyeva, kitabxana işçiləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şöbə müdiri Arzu Baxşalıyeva bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma tarixi haqqında məlumat verib. O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edildiyini və bu aylıq çərçivəsində müxtəlif marrifləndirmə tədbirləri təşkil olunduğunu qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı”nın mahiyyəti və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə elan edilmiş “Sülh aylığı” barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, gənclər arasında sülh və humanizm prinsiplərinin, milli-mənəvi dəyərlərin təbliğ edilməsi olduqca vacibdir
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.