Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.07.2019

“SOCAR Karbamid” zavodunda "Müasir cəmiyyət və din" mövzusunda konfrans keçirilib

“SOCAR Karbamid” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Sumqayıt şəhərindəyerləşən “SOCAR Karbamid” zavodunun əməkdaşları üçün “Müasir cəmiyyət və din” mövzusunda seminar keçirilib.
Əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan “SOCAR Karbamid” MMC-nin direktoru Xəyal Cəfərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edildiyini və bu mövzuda keçirilən tədbirlərin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov qeyd edib ki, din tarixin bütün dövrlərində cəmiyyətlərin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Din insanlar tərəfindən doğru dərk edilər və aşılanarsa bu dəyərlər sülhün təminatçısına çevrilər. Müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Azərbaycan da tolerantlığın, multikulturalizmin, birgəyaşayış ənənələrinin mövcud olduğu ölkədir. Bugün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, həll olunur. Cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var
Tədbir diskussiya şəklində davam edib.