Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.11.2016

Siyəzəndə uşaq hüquqlarına dair tədbir keçirilib

Noyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Siyəzən şəhəri 6 saylı orta məktəbdə “Uşaq hüquqları aylığı”na həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Siyəzən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Həsənağa Əliyev, Siyəzən şəhər 6 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Həsənağa Əliyev Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsi sahəsində dövlətin atdığı addımlardan və həyata keçirdiyi tədbirlərdən bəhs edib. O, Siyəzən rayonunda da bu sahədə işlərin görüldüyünü və müxtəlif tədbirlərin həyata keçirildiyini qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev tədbirdə geniş məruzə ilə çıxış edib. O, məruzədə qeyd edib ki, ölkə rəhbərliyinin müvafiq Sərəncamına uyğun olaraq hər il oktyabr və noyabr aylarında “Uşaq hüquqları aylığı” adı altında müxtəlif formatlı tədbirlər həyata keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu baxımdan öz profilinə uyğun şəkildə maarifləndirmə işi aparmaqdadır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.