Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.10.2019

Siyəzəndə “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Oktyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Quba regional mərkəzinin birgə təşkilatçılığı ilə Siyəzən şəhəri 2 saylı tam orta məktəbində “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Ombudsmanın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov, tam orta məktəbin direktoru Rəşad Rəhmanov, müəllimlər, şagirdlər və ictimiayyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə uşaqların vətənpərvərlik ruhunda, sağlam və bilikli böyümələri üçün hər cür şərait yaradılıb. O da vurğulanıb ki, ünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır.Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və dindarları maraqlandıran suallar cavablandırılıb.