Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.05.2021

Siyəzəndə “Ölməzliyin zirvəsində: Şəhidlik” adlı onlayn formatda tədbir keçirilib

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Siyəzən rayon Heydər Əliyev Mərkəzi və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Ölməzliyin zirvəsində: Şəhidlik” adlı onlayn formatda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Aqil Əlisoy, Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Şəfiqə Arzudovum, Siyəzən şəhəri 1 nömrəli tam orta məktəbin direktoru, şair Nəcməddin Mürvətov, Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev, rayon gəncləri, dindarlar və ağsaqqallar iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycan xalqı hər zaman Vətənin müdafiəsi uğrunda canını verməyə hazır olub və bu yolda saysız-hesabsız igidlərimiz şəhidlik məqamına yüksəliblər. Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igid Azərbaycan əsgərlərinin ailələri daim Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunurlar.

Tədbir müzakirələrlə davam edib.