Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.09.2015

Şirvanda "Sülh aylığı" çərçivəsində tədbir keçirilib

Sentyabrın 3-də tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi Şirvan şəhərində Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sülh Aylığı” çərçivəsində insan hüquqlarının təbliği mövzusuna həsr olunmuş tədbir keçirib. Tədbirdə  Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisi Adəm Hüseynov, Gənclər İdman İdarəsinin rəisi Azər Quliyev, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Aydın Alıyev,şəhər ziyalıları, gənclər və ağsaqqallar iştirak ediblər.
A.Alıyev “21sentyabr- beynəlxalq sülh günüdür!” mövzusunda məruzə ilə çıxış edib. Məruzə ətrafında çıxış edən Adəm Hüseynov, Azər  Quliyev və digər natiqlər Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sülhü bərqərar etməsi və ölkədə sabitliyə nail olmasından, onun layiqli davamçısı Prezident  İlham Əliyevin xalqın sülh arzusunu ifadə edərək, Qarabağ münaqişəsinin sülh yolu ilə, qan tökülmədən beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində gördüyü işlərdən danışıblar.