Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.05.2017

Şirvanda “Milli-mənəvi dəyərlərin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib

Mayın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şirvan şəhərində yerləşən Zəngilan rayonu 3 saylı orta məktəbdə “Milli-mənəvi dəyərlərin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Mürşüd Rzayev, Zəngilan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şənlik Əliyev, Zəngilan rayonu 3 saylı orta məktəbin direktoru Eyvaz İbadov, təhsil işçiləri və şagirdlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Zəngilan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şənlik Əliyev milli-mənəvi dəyərlərə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunmasının Ulu Öndər Heydər Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi qarşıya qoyulduğunu və bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Mürşüd Rzayev bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsindən və bu münasibətlə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbirdə Zəngilan rayonu 3 saylı orta məktəbin direktoru Eyvaz İbadov mövzu ilə bağlı öz fikirlərini bölüşüb, gənclərə tövsiyələrini verib.