08.06.2016
Şirvanda “İnsan hüquqları aylığı’’ çərçivəsində tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən bölgələrdə “İnsan hüquqları aylığı’’ çərçivəsində tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi və Şirvan Şəhəri İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şirvan şəhərində iyunun 8-də ‘’Multikultural dəyərlər və insan hüquqları’’mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Şirvan Şəhər İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, Şirvan şəhər Təhsil şöbəsinin əməkdaşı Aqşin Əsgərov, müəllim və məktəb şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov insan hüquqlarından, ölkəmizdə mövcud olan azadlıqlardan danışıb.
Tədbirdə, həmçinin digər natiqlər də çıxış edərək bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar. Sonda radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri özündə əks etdirən ‘’Fitnə’’ sənədli filmi nümayiş olunub.
.png)
.png)
.png)
.png)