Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.06.2015

Şirvanda “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan şəhər şöbəsi iyunun 8-də ziyalı və dindarlarla “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirib.
Şəhər 18 saylı tam orta məktəbdə keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsinin şöbə müdiri Aydın Alıyev çıxış edib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin adət-ənənələrimizə, tarixi irsimizə, milli - mənəvi dəyərlərimizə önəm verməsi, dinə inanclı şəxslərə fəaliyyətləri üçün şərait yaratması bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “İndi ölkəmizdə dini ayinlərin həyata keçirilməsində heç bir problem yoxdur”, - deyən Aydın Alıyev bu sərbəstlikdən istifadə edən bəzi separatçı qüvvələrin dini radikalizmin təbliğinə və insanları çaşdıraraq öz ətraflarına toplamağa cəhd göstərdiklərini vurğulayıb, bu cür zərərli meyillərə qarşı birgə mübarizə yollarından danışıb.
Tədbirdə ziyalılardan İsmayıl Yusubov, Pərvanə Heydərova, Afaq Məmmədrzayeva çıxış edərək, respublikamızda dövlət-din münasibətlərinin düzgün təbliğ edilməsi və saf əqidəli dindarların hüquq və azadlıqlarının qorunması üçün lazımi tədbirlərin görülməsindən bəhs edib, mövzu ilə bağlı fikirlərini bölüşüblər.