Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.10.2019

Şirvanda gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş regional müşavirə keçirilib

Oktyabın 23-də Şirvan şəhərində Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş regional müşavirə keçirilib.

Tədbirdə DQİDK nın şöbə müdiri Sənan Xəlilov, nazirliyin sektor Müdiri Əli Məmmədov, eləcə də Gənclər və İdman Nazirliyinin idarə rəisləri çıxış ediblər. Natiqlər ölkədə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, bütün dini konfesiyalara yaradılan şəraitdən, dövlətin bu sahəyə xüsusi diqqət və qayğısından, gənclər arasında dini radikalizmin profilaktikası sahəsində zəruri məsələlərdən danışıblar. Çıxışlarda qeyd edilib ki, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, İslam dininin yüksək mənəvi-əxlaqi, insani və ümumbəşəri prinsiplərinin cəmiyyətdə aşılanması, dini dəyərlərin düzgün təbliğ edilməsi, dinin siyasiləşdirilməsinə, o cümlədən milli təhlükəsizliyimizə edilən təhdidlərə qarşı mübarizənin gücləndirilməsi dini radikalizmə meylləndirilməsinin qarşısını ala bilər.