Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.10.2016

Şirvanda “Dini radikalizm və ekstremizmin yayılmasına qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Oktyabrın 27-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Şirvan Şəhər İcra Hakimiyyəti və Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan Şəhər İdarəsinin birgə təşkilatçılığı ilə dini durumun sabit saxlanılmasına dair tədbirlər planına uyğun olaraq “Dini radikalizm və ekstremizmin yayılmasına qarşı mübarizə” mövzusunda Şirvanda  tədbir keçirilib.
Tədbirdə DQDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Şirvan şəhər İH-in başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, Şirvan şəhəri DTX-nın əməkdaşları Anar Kərimov, Kamran Teymurzadə, QMİ-nin Şirvan şəhəri üzrə səlahiyyətli nümayəndəsi axund Əvəz Mehrəliyev, Şirvan İES MMC-nin icraçı direktoru Fəzayıl Süleymanov və qurumun əməkdaşları  iştirak ediblər.
Tədbirdə çıxış edən Şirvan şəhər İH-in başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, DTX-nın əməkdaşı Anar Kərimov, QMİ-nin səlahiyyətli nümayəndəsi axund Əvəz Mehrəliyev  dövlətimizin vətəndaşlara verdiyi din, fikir azadlığından,  multikultural  və tolerant dəyərlərdən, dövlətimizin dinə və dindarlara qayğısından, dini radikalizm və ekstremizmə qarşı mübarizə yollarından, dini radikal qrupların Yaxın Şərqdə ümumiyyətlə müsəlman ölkələrində  törətdiyi vəhşiliklərindən   söhbət açıblar.