Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.11.2016

Şirvanda "Dini radikalizm və ekstremizmin yayılmasına qarşı mübarizə’’ mövzusunda tədbir baş tutub

Noyabrın 10-da Şirvan Şəhər İcra Hakimiyyəti, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsi və DTX-nın şəhər şöbəsinin birgə təşkilatçılığı ilə dini durumun sabit saxlanılmasına dair tədbirlər planına uyğun olaraq ‘’Dini radikalizmin və ekstremizmin yayılmasına qarşı mübarizə’’ mövzusunda tədbir keçirilib.
Şirvan şəhərində baş tutan tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri  Azər Sadıqov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, DTX-nın  şəhər şöbəsinin əməkdaşları Anar Kərimov, Rövşən Ağayev, QMİ-nin Şirvan şəhəri üzrə səlahiyyətli nümayəndəsi axund Əvəz Mehrəliyev ,   Şirvan şəhər  müalicə diaqnostika mərkəzinin işçiləri  iştirak ediblər.
Tədbir iştirakçıları məruzələrində  ölkəmizdə mövcud olan din, fikir azadlığından,  multikultural və tolerant dəyərlərdən, dövlətimizin dinə və dindarlara qayğısından,  dini radikalizmin fəsadlarından, dini radikalizm və ekstremizmə qarşı mübarizə yollarından, dini radikal qrupların Yaxın Şərqdə, ümumiyyətlə,  müsəlman ölkələrində  törətdikləri cinayətlərdən danışıblar.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.