Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.12.2015

Şirvanda dini maarifləndirmə tədbiri keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi barədə 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər davam etdirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şirvan şəhər məscidi dini icmasının həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin təbliği və müasirlik” layihəsi çərçivəsində dekabrın 23-də Şirvan şəhərində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Mürşüd Rzayev, Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisi Adəm Hüseynov, Şirvan şəhərinin axundu Hacı Əvəz Mehrəliyev və dini icma sədri Mircəfər Zəkiyev iştirak ediblər.

Tədbir iştirakçıları dövlətin dinə, dindarlara diqqət və qayğısını müsbət hal kimi qeyd ediblər. Qeyd olunub ki, respublikamızda din-dövlət münasibətləri möhkəm və sağlam təməl üzərində qurulub.

Tədbirdə həmçinin, “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişiklik tədbir iştirakçılarına çatdırılıb və dini maariflənmənin vacibliyi diqqətə çatdırlıb.