Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.06.2015

Şirvanda din xadimləri ilə görüş keçirilib

İyunun 2-də Şirvan şəhərində din xadimləri ilə görüş olub.
Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsinin şöbə müdiri Aydın Alıyev, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi Hacı Hüsnü Həsənov, Şirvan şəhər icra hakimiyyətinin məsul işçisi Adəm Hüseynov, Şirvan şəhərinin axundu Hacı Əvəz Mehrəliyev iştirak ediblər.
Görüşdə “Dövlət-din münasibətlərinin yaxşılaşdırılması və radikal dini cərəyanlara qarşı birgə mübarizə” mövzusunda fikir mübadiləsi aparılıb.
Çıxışlarda ölkəmizdə dövlət-din münasibətlərindən danışılıb, bundan sonra da dəyərlərimizin inkişafı üçün lazımi tədbirlərin həyata keçiriləcəyi vurğulanıb.