07.10.2016
Şirvanda ''Gənclər dini radikalizmə "YOX!" deyir'' mövzusunda tədbir keçirilib
Oktyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Şirvan şəhərində yeniyetmə və gənclərin iştirakı ilə “Gənclər dini radikalizmə "YOX!" deyir” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev, Şirvan şəhər Gənclər və İdman idarəsinin müdiri Azər Quliyev, axund Əvəz Mehrəliyev, ictimai fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şirvan şəhər Gənclər ve İdman idarəsinin müdiri Azər Quliyev dini radikalizmin törətdiyi fəsadlardan, buna qarşı aparılan mübarizə tədbirlərindən danışıb. O bildirib ki, dini radikalizmin qarşısının alınması üçün ən effektiv yol maarifləndirici tədbirlər həyata keçirərək İslam dinini olduğu kimi insanlara çatdırmaqdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev dini radikalizmə qarşı mübarizə metodlarından, dini radikalizm səbəbindən meydana gələn fəsadlardan danışıb. O, ölkəmizdə mövcud olan dini konfessiyaların mehriban şəkildə birgəyaşayış tərzi və tolerant və multikultural ənənələr barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Axund Əvəz Mehrəliyev çıxışında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətinə toxunaraq maarifləndirmənin dini radikalizmin qarşısının alınmasında ən tutarlı vasitə olduğunu deyib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

.jpg)
