24.11.2016
Şirvan şəhərində “Dini radikalizmin və ekstremizmin yayılmasına qarşı mübarizə” mövzusunda tədbir keçirilib
Noyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Şirvan Şəhər İcra Hakimiyyəti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə dini durumun sabit saxlanılmasına dair Tədbirlər Planına uyğun olaraq “Dini radikalizmin və ekstremizmin yayılmasına qarşı mübarizə” mövzusunda Şirvan şəhərində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Şirvan şəhər İH-in başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, Şirvan şəhəri DTX-nın əməkdaşları Anar Kərimov, Kamran Teymurzadə, QMİ-nin Şirvan şəhəri üzrə səlahiyyətli nümayəndəsi axund Əvəz Mehrəliyev, zavodun direktoru Məhəmməd Hüseynov və zavodun işçiləri iştirak ediblər. Tədbirdə çıxış edən Şirvan şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, DTX-nın əməkdaşı Anar Kərimov, QMİ-nin səlahiyyətli nümayəndəsi axund Əvəz Mehrəliyev dövlətimizin vətəndaşlara verdiyi söz, din, fikir, azadlığından, multikultural və tolerant dəyərlərdən, dövlətimizin dinə və dindarlara qayğısından, dini radikalizmin fəsadlarından, dini radikalizm və ekstremizmə qarşı mübarizə yollarından, dini radikal qrupların Yaxın Şərqdə, ümumiyyətlə, müsəlman ölkələrində törətdiyi vəhşiliklərindən söhbət açıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.