Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.11.2020

Şirvan bölgəsinin din xadimlərinin iştirakı ilə videokonfrans keçirilib

Noyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə bölgədə fəaliyyət göstərən dini icma sədrləri və din xadimlərinin iştirakı ilə videokonfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Vətən müharibəsində ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər. Çıxışlar zamanı koronavirus pandemiyasına (COVİD 19) qarşı ölkəmizdə görülən preventiv, profilaktiv tədbirlər, bu istiqamətdə vətəndaşların üzərinə düşən vəzifələr müzakirə olunub. O da vurğulanıb ki, hər bir din xadimi xüsusi karantin rejiminin tələblərinə riayət etməlidir. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.