Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.04.2021

Şirvan bölgəsində Ramazan ayı ilə bağlı onlayn tədbir keçirilib

Aprelin 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Şirvan şəhəri, Salyan və Hacıqabul rayonlarında dini durum və Ramazan ayı ilə bağlı videokonfrans keçirilib.

Videokonfransda Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazısı Hüsnü Həsənov, QMİ-nin səlahiyyətli nümayəndələri Əvəz Mehrəliyev, İntiqam Mirqani, din xadimləri və dini icma sədrləri iştirak ediblər. Öncə Vətən müharibəsi iştirakçıları üçün dualar oxunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

QMİ-nin bölgə qazısı Hüsnü Həsənov çıxış edərək mövzunun əhəmiyyətindən danışıb. Natiq QMİ-nin Ramazan ayı ilə bağlı fətvasını din xadimlərinin nəzərinə çatdırıb. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov bölgədə dini durumu müzakirə edib, qarşıdan gələn Ramazan ayı ilə bağlı müəyyən tapşırıqları konfrans iştirakçılarının nəzərinə çatdırıb. Natiq onu da vurğulayıb ki, respublikamızda ümumi sabitliyin qorunub-saxlanılmasında hər bir vətəndaşın, o cümlədən din xadimlərinin üzərinə böyük məsuliyyət düşür.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.