Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.08.2021

Şimal bölgəsində narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib

Avqustun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin Quba Regional mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə “Narkomaniya – ümumbəşəri bəla” adlı vebinar təşkil olunub.

Vebinarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Quba Regional mərkəzinin əməkdaşı Murad Əsgərov, QMİ-nin Quba və Qusar rayonları üzrə səlahiyyətli nümayəndələri Anar Eyyubov və Fəryaddin Rəhimxanov, bölgənin din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı narkomaniyanın insan sağlamlığına, ümumilikdə isə bəşəriyyətə vurduğu ziyanlardan danışılıb. Qeyd olunub ki, narkomanlığın qarşısının alınmasında din xadimlərinin rolu böyükdür. Din xadimləri cəmiyyətlə birbaşa təmasda olduqlarından dinin ziyanlı vərdişlərə münasibətini rahat şəkildə, insanların başa düşə biləcəyi dildə çatdıra bilərlər.