08.12.2017
Səyyad Salahlının “Açılan sabahlara şükür” kitabı nəşr edilib
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının (Aran) “Açılan sabahlara şükür” adlı kitabı çapdan çıxıb. Dövlət Komitəsi tərəfindən nəşr edilmiş geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabda yazıçı-publisistin 2013-2017-ci illərdə qələmə aldığı milli-mənəvi dəyərlərimiz mövzusundakı məqalələri və mətbuata müsahibələri toplanıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi din siyasətinin uğurlarından geniş söhbət açılan nəşrdə, həmçinin, müəllifin Dövlət Komitəsi sədrinin birinci müavini kimi iştirak etdiyi beynəlxalq tədbirlərdəki məruzələri, çıxışları da yer alıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çap edilən kitabın gənclərin milli-mənəvi, ənənəvi dini dəyərlərə sadiqlik ruhunda yetişməsinə, dini baxışlarının düzgün formalaşmasına töhfə olacağına ümidvarıq.