17.02.2015
Şeyxülislam Allahşükür Paşazadə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb.
Qafqaz Müsəlmanları İdarəsində keçirilən görüşdə dövlət-din münasibətlərinin daha da təkmilləşdirilməsi, müsəlman dini icmaları ilə əlaqələrin səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdə ümumi maraq kəsb edən məsələlər ətrafında da faydalı müzakirə və məşvərət edilib.