Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.03.2016

Şəmkir rayonunda “Zərərli vərdişlərin yaratdığı problemlər “ mövzusunda tədbir keçirilib

Martın 11-də  Şəmkir “Cümə” məscidi dini icmasının layihəsi  çərçivəsində “Zərərli vərdişlərin yaratdığı problemlər “ mövzusunda Şəmkir rayonunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsinin əməkdaşları, DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Nicat Məmmədli, Şəmkir “Cümə” məscidi dini icmasının sədri Natiq Şıxəliyev, dindarlar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Eldəniz Vəliyev çıxış edərək, zərərli vərdişlərin hansı fəsadlar törətməsindən, onunla mübarizə aparılması metodlarından və cəmiyyətimizin sağlam  mühitdə inkişaf etməsininin vacibliyindən danışıb. DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Nicat Məmmədli məruzəsində zərərli vərdişlərin gələcək genefondumuza vura biləcəyi zərərlərdən və onunla mübarizə yollarından bəhs edib.