14.01.2017
Şəmkir məktəbliləri üçün “Fitnə” filmi nümayiş edilib
Yanvarın 13-də Şəmkir rayonu Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən dini radikalizmə qarşı mübarizədən bəhs edən "Fitnə" sənədli filminin təqdimatı keçirilib.
Tədbirdə Şəmkir rayon Cahangir Rüstəmov, Nəriman Nərimanov, Əhməd Cavad və Məhəmməd Füzuli adına tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxış edən natiqlər “Fitnə” filminin nümayişinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, radikal dini qruplara qarşı ayıq mövqedə olması, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.
Tədbirdə gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
.jpg)

