Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.10.2015

Şəkidə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Oktyabrın 31-də DQİDK-nın Şəki  bölgəsi üzrə şöbəsi tərəfindən Şəki İslam Mədrəsəsində  “Uşaq hüquqlarının müdafiəsi və təbliğində İslamın rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Şəki bölgəsi üzrə şöbənin əməkdaşları ilə yanaşı Şəki Şəhər İcra Hakimiyyətinin məsul işçisi - yetkinlik yaşına çatmayanlarla  iş üzrə komissiyanın katibi  Mayis Səlimov,  Şəki İslam Mədrəsəsinin müdiri Rəhman Nuriyev,Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Əslanov Əlyəsə, mədrəsənin müəllimləri və tələbələri iştirak ediblər. 
DQİDK-nın Şəki  bölgəsi üzrə şöbəsinin  müdiri  Gündüz Paşayev tədbiri giriş sözü ilə açaraq dövlətin uşaqlara verdiyi önəmdən danışıb. Tədbirdə  Şəki şəhər İcra Hakimiyyətinin məsul işçisi - yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyanın katibi Mayis Səlimov çıxış edərək uşaqların hüquqları, vəzifələri  və öhdəlikləri  haqqında  geniş məlumat verib.
Daha sonra Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Əslanov Əlyəsə İslamda uşaq və valideynlərin öhdəliklərindən, uşaq hüquqlarının müdafiəsindən danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.