10.05.2017
Şəkidə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib
Mayın 10-da Şəki İslam (hafizlik) Kollecində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Taleh Abdullayev, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Şəki İslam (hafizlik) Kollecinin müdiri Abdurahman Nuri, kollecin müəllim və şagird heyəti iştirak edib.
Tədbiri QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov açaraq Heydər Əliyevin keçdiyi mənalı ömür yolundan, memarı və qurucusu olduğu Azərbaycan naminə yorulmaz fəaliyyətindən danışıb. O qeyd edib ki, Heydər Əliyevin dinimizə, milli-mənəvi dəyərlərimizə münasibəti həmişə dəyişməz olub, dahi şəxsiyyət bu sahədə apardığı siyasətlə həm xalqına, həm bəşəriyyətə, həm də mənsub olduğu İslam dininə xidmət edib.
Tədbirdə çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb. O vurğulayıb ki, məhz Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra milli dövlətçiliyimiz qorunub-saxlanılıb, cəbhədə atəşkəsə nail olunub, “Əsrin müqaviləsi” imzalanıb, yeni Konstitusiyamız qəbul edilib, Azərbaycanda milli-mənəvi dəyərlərimizin qorunması konsepsiyasına uyğun dövlət quruculuğu prosesinə start verilib.
Tədbirdə Şəki İslam Kollecinin müdiri Abdurahman Nuri və Şəki Mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov çıxış edərək Heydər Əliyev şəxsiyyəti ilə bağlı öz fikirlərini auditoriyaya çatdırıblar.
(1).jpg)
(1).jpg)
(3).jpg)
(2).jpg)
.jpg)