Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.09.2016

Şəkidə “Sülh əmin-amanlıq, dözümlülük və tolerantlıq təminatıdır” mövzusunda tədbir keçirilib

Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şəki şəhər Gənclər və İdman idarəsinin birgə təşəbbüsü ilə “Sülh aylığı” çərçivəsində “Sülh əmin-amanlıq, dözümlülük və tolerantlıq təminatıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, Şəki İslam Mədrəsəsinin müdiri Rəhman Nuriyev,şöbənin əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev, Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İsgəndərov,din xadimləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şəki  bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev bildirib ki,sülh şəraitində yaşamalı olan insanlar, təəssüflər olsun ki, bəzi hallarda haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bu kimi halların qarşısının alınmasında sülhün rolu danılmazdır. Ən kiçik ailəvi, məhəlli, regional münaqişələrdən başlamış yüzillik müharibələrədək hər cür qarşıdurmanın yalnız sülhlə sona çatdığını vurğulayan şöbə müdiri buna görə də sülhün bütün vasitələrdən güclü oluğunu diqqətə çatdırıb.
Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İsgəndərov sülhün cəmiyyətdə münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olunması üçün bir fürsət olduğunu bildirərək sülhsüz nə ictimai, nə də şəxsi təhlükəsizliyin mümkün olmadığını vurğulayıb.
Şəki İslam Mədrəsəsinin müdiri Rəhman Nuriyev İslamın vəhdət və sülh dini olmasından bəhs edərək qeyri-ənənəvi təriqətlərin siyasətini pisləyib, sülh carçılarının isə gələcəyimiz olan gənclər olduğunu söyləyib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.