Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.12.2016

Şəkidə “Şəhidlik zirvəsi” adlı dini maarifləndirici tədbir keçirilib

Dekabrın 27-də Şəki şəhər mərkəzi “Cümə” məscidi dini icmasının “Dini radikalizmlə mübarizə hər birimizin borcudur” layihəsi çərçivəsində “Şəhidlik zirvəsi” adlı dini maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Şəki şəhər mərkəzi “Cümə” məscidinin imamları Əlyəsə Əslanov, Müşfiq Xəlilov, eləcə də Şəki və Oğuz rayonlarındakı dini icmaların üzvləri iştirak ediblər.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, torpaqlarımızın müdafiəsi, Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir azərbaycanlı Milli Qəhrəmanlarımızı tanımalı, onlardan nümunə götürməlidir.
QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov çıxışında şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmağın, onları gəncliyə nümunə göstərməyin hər kəsin vətəndaşlıq borcu olduğunu vurğulayıb.
Şəki şəhər mərkəzi “Cümə” məscidinin imamları Müşfiq Xəlilov və Əlyəsə Əslanov çıxışlarında  İslam dinində cihad və şəhidlik haqqında geniş məlumat veriblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.