Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.02.2021

Şəkidə Şəhidlər xiyabanı ziyarət olunub

Fevralın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi və Şəki şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq Şəhidlər xiyabanına yürüş təşkil edilib.

Yürüşdə Şəki Şəhər Gənclər və İdman idarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları, YAP Şəki təşkilatı Gənclər birliyinin üzvləri, din xadimləri və fəal gənclər iştirak ediblər. İştirakçılar şəhidlərin məzarı üzərinə qərənfillər düzüb, Xocalı soyqırımı qurbanlarının və şəhidlərin ruhuna Quran ayələri oxuyublar.