Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.02.2017

Şəkidə "Zərərli vərdişlərdən uzaq gənclik" mövzusu müzakirə olunub

Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə  şöbəsi və Şəki şəhər Gənclər və İdman İdarəsinin  birgə təşkilatçılığı ilə  Şəki şəhər “Məram” İnkişaf Mərkəzində gənclərin iştirakı  ilə  “Zərərli vərdişlərdən uzaq gənclik” mövzusunda  tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Qarayev, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov və tələbələr  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov  bildirib ki, zərərli vərdişlər  müasir dövrdə aktuallıq kəsb edir və bu gün həmin problemlərin həlli yollarından biri də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirmə işlərinin aparılmasıdır. O, narkomaniyanın insana, ailəyə və cəmiyyətə vurduğu ziyanlara da toxunaraq bu cür əməllərin insan üçün tibbi və fiziki problemlərin yaranmasına gətirib çıxardığını geniş izah edib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Qarayev tədbirdə çıxış edərək zərərli vərdiş sayılan dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar haqqında məlumat verib, radikallığın İslam dinində qəbul edilmədiyini diqqətə çatdırıb.
QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov  İslamda zərərli vərdişlərə münasibəti hədis və ayələrlə gənclərə izah edib.
Sonda  iştirakçıları maraqlandıran suallar cavablandırılıb.