Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.08.2021

Şəkidə “Pandemiya dövründə dini mərasim, ayin və tədbirlərin təşkili” mövzusunda seminar keçirilib

Avqustun 10-da Şəkidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şəki-Oğuz bölgə qazılığının təşkilatçılığı ilə “Pandemiya dövründə dini mərasim, ayin və tədbirlərin təşkili” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı ibadət yerlərində və yas mərasimlərində karantin qaydalarına əməl edilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qaydalara  uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.