Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.01.2017

Şəkidə növbəti maarifləndirmə tədbiri keçirilib

Yanvarın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şəki rayonu Cunud kənd məscidi dini icmasının həyata keçirdiyi “Dini radikalizmlə mübarizədə ənənəvi İslam dəyərlərinin öyrənilməsi və təbliği” layihəsi çərçivəsində Şəki rayonu Şin kənd orta məktəbində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Elvin Qarayev, Şəki şəhər Mərkəzi “Cümə” məscidinin imamı Əlyəsə Əslanov, Şəki rayonu Cunud kənd məscidi dini icmasının sədri Abbas Əliyev, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.
Cunud kənd məscidi dini icmasının sədri Abbas Əliyev tədbiri giriş sözü ilə açaraq layihənin məqsədi və əhəmiyyəti haqqında məlumat verib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev tədbirdə çıxış edərək dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar, radikal meyillərin mənfi təsirləri haqqında məlumat verib və İslamın dini radikalizmə qarşı olduğunu bildirib.
Şəki şəhər Mərkəzi “Cümə” məscidinin imamı Əlyəsə Əslanov öz çıxışında Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərindən geniş söhbət açaraq yetişməkdə olan gənc nəslə öz təhsillərinə daha ciddi yanaşmağı, dini biliklər əldə etmək istədikdə sağlam mənbələrə müraciət etmələrini tövsiyə edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.